WhatsAppda çoxdan gözlənilən qadağa

“WhatsApp”ın beta-testçiləri birdəfəlik baxmaq üçün göndərilən media fayllarının skrinşotlarını çəkmək imkanını itirib. 

Bu barədə WABetaInfo portalı Twitter-də məlumat yayıb.

Portalın məlumatına görə, Android-də bəzi WhatsApp tətbiqi yenilədikdən sonra məhdudiyyətlə üzləşiblər. İstifadəçi birdəfəlik baxmaq üçün onlara göndərilən foto və ya videodan skrinşot çəkmək və ya ekran yazmaq istədikdə, bu hərəkətin mümkün olmadığı barədə bildiriş alacaq. Əgər kimsə məhdudiyyəti keçə bilsə, ekran görüntüsündə yalnız qara şəkil göstəriləcək.

Yeni funksiya göndəriciyə skrinşot çəkməyə və ya ekran yazmağa cəhd etdikdə xəbərdarlıq etmir. Bundan əlavə, alıcı hər zaman əlavə cihazdan istifadə edərək ekranın foto və ya videosunu çəkə bilər, ona görə də bu şəkildə göndərilən faylların məxfiliyinə zəmanət vermək olmaz.

Yenilik hələ də Android-də WhatsApp-ın bəzi beta testçiləri üçün əlçatandır. Məhdudlaşdırıcı xüsusiyyətin geniş ictimaiyyətə buraxılma tarixi məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ