Güclü maqnit qasırğası gözlənilir

Son üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, Günəş səthində bəzi aktiv sahələr parçalanıb, Yerə praktik təsir edə bilməyən C sinifli və zəif təsirli olaraq radiodalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinifli alışmalar müşahidə olunub. 

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixlərində Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək. 

Çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.

Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək.

Günəşdə alışmaların başvermə ehtimalı sentyabrın 29-da C sinifli alışmalar üçün 90%, M sinifli alışmalar üçün 25% və X sinifli alışmalar üçün isə 5%-dir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ