Çay və qəhvə ağ ciyər xərçəngi yaradır

Beynəlxalq alim qrupu gün ərzində iki stəkandan artıq çay və ya qəhvə qəbulunun sağlamlığa zərərli olduğunu, ağ ciyər xərçəngi riskini artırdığını müəyyən edib.

Buta.media-nın məlumatına görə, bu barədə “LiveScience” portalında press-reliz dərc olunub.

Tədqiqatın gedişində Asiya ölkələri və ABŞ-da yaşayan 1,2 milyona yaxın insanın tibbi məlumatları təhlil olunub. Könüllülər orta hesabla 8,5 il ərzində müşahidə altında olub.

Alimlər müəyyən edib ki, siqaret çəkməyən insanlar arasında günə iki stəkandan çox qəhvə içən kəslərdə ağ ciyər xərçənginin inkişafı riski 41 faiz, çay içən kəslərdə isə 37 faiz çox olub.

Tədqiqatçılar əmin edir ki, çay və qəhvənin təsirlərində yaş göstəricisi və ya irqi mənsubiyyət heç bir rol oynamır. Həmçinin, qəhvəyə gəlincə, onun kofeinsiz və ya kofeinli qəbulu heç bir fərq etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ