Alimlər Ayda yeni mineral aşkar ediblər

Çin alimləri “Çanye-5” kosmik gəmisinin Yerə Aydan gətirdiyi torpaq nümunələrində əvvəllər məlum olmayan mineral aşkar ediblər. Bu barədə cümə günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin alimləri ilk dəfə Ayda yeni mineral kəşf edib və ona “Çanye daşı” adını veriblər. Bildirilir ki, bu mineral Ayda insanların kəşf etdiyi altıncı yeni mineral, Çin isə Yer peykinin səthində yeni minerallar kəşf edən üçüncü ölkə olub.

Tədqiqatçılar Aydakı torpaq nümunələrindən təxminən 10 mikron ölçüsündə bir kristal hissəciyinin strukturunu deşifrə ediblər. “Çanye daşı” fosfat mineralıdır. Sütunlu kristal formasına malikdir. Çin alimləri bu mineralın Ay bazaltının hissəciklərində olduğunu iddia edirlər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ