Bakıda qadının qarnından çıxan şiş hər kəsi şoka saldı

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasına müraciət edən xəstənin qarın boşluğundan nəhəng ölçülü törəmə çıxarılıb.

Buta.media-nın məlumatına görə, həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətraf toxumalardan uğurla ayırmağa nail olublar.

Əməliyyatı aparan Onkoloji Klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, 55 yaşlı xanım Ukraynadan gəlib. USM VƏ KT ilə müayinə zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 sm ölçüsündə abdominal-pelvik törəmə aşkarlanıb.

Çəkisi 125 kq olan xəstə həmçinin piylənmədən əziyyət çəkib. Onda DVT (aşağı ətrafların dərin venoz trombozu) və PE (ağciyər trombemboliyası) anamnezi mövcud olub.

Xəstədə laparotomiya əməliyyatı icra olunub. Əməliyyat zamanı nazik bağırsaqlardakı damarlar vasitəsilə zəngin qidalanmış nəhəng parazitar miomaların olduğu müəyyənləşdirilib. Həkimlər xəstənin nazik bağırsağına və mezosuna zərər vermədən, törəməni bütün şəkildə ətraf toxumalardan ayırıb çıxarıblar. Xəstə əməliyyatdan üç gün sonra evə yazılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ