Həkim-dietoloq Vasilisa Ponomaryova “Medic Forum”a müsahibəsində çox çay içməyin təhlükəsindən danışıb. Onun sözlərinə görə, çaydan müntəzəm istifadə zamanı dişlərdə ləkələr əmələ gəlir ki, bu da gələcəkdə dişlərin çatlamasına və ya kariyesə səbəb ola bilər.
“Çayın dişləri qəhvədən daha çox ləkələməsi təəccüblü görünə bilər. Bunun səbəbi onun tərkibində tanin adlı maddənin olmasıdır. Tanin ağızdakı bakteriyalardan qurtulmağa və boşluqlarla mübarizə aparmağa kömək etsə də, dişin minası üzərində ləkələrin yığılmasına səbəb ola bilər. Sözsüz ki, çay nə qədər güclü və tünd olarsa, rəngin dəyişmə ehtimalı da bir o qədər yüksəkdir”, - həkim deyib.
Ponomarevanın sözlərinə görə, ləkə ilə yanaşı, dişlərdə çat və hətta kariyesdən ehtiyatlı olmaq lazımdır, çünki çay onların qoruyucu minasını zədələyir. Diyetoloq həmçinin şəkərlə çay içməməyi məsləhət görüb, belə ki, şəkər özü dişlərdə kariyesin yaranmasının əsas səbəblərindən biridir.