NASA qara dəlikdən gələn səsi qeydə aldı - video

NASA Yerdən 200 milyon işıq ilindən çox uzaqda yerləşən Perseus qalaktika klasterində qara dəliyin səs dalğalarını müəyyən edib.  

“Kosmosun böyük hissəsi səs dalğalarının yayıla bilmədiyi bir vakuumdur. Bu səbəbdən də  kosmosda səsin olmadığına dair yanlış fikir yaranır.

Lakin qalaktikalar çoxluğunda xeyli qaz var ki, bu da real səsi qəbul etməyə imkan verir”, - deyə kosmik agentliyin yaydığı məlumatda qeyd edilir.

Artıq kosmosdan qeydə alınmış səs yazısında kosmosun səsini eşitmək mümkündür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ