ÜST yeni koronavirus dalğasını elan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.

Bu barədə ÜST-nin saytında məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştamının alt növünün yayılmasını açıqlayıb.

Klüge həmçinin əlavə edib ki, son altı həftədə Avropada yeni yoluxanların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ