NASA kainatın ilk rəngli fotosunu göstərdi

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz saytında “Ceyms Uebb” teleskopu ilə çəkilmiş kainatın ilk rəngli fotosunu dərc edib.

Qeyd edilir ki, foto kainatın bu günə qədər çəkilən ən dərin və dəqiq infraqırmızı şəklidir.

NASA rəhbəri Bill Nelson prezidentə izah edib ki, fotoda kainatın kiçik bir hissəsi əks olunub.

“Minlərlə qalaktika, o cümlədən indiyə qədər infraqırmızı diapazonda müşahidə edilən ən zəif obyektlər “Ceyms Uebb” teleskopunun görmə sahəsinə ilk dəfə düşüblər”, - deyə fotoya şərhdə bildirilib.

NASA qeyd edib ki, digər görüntülər iyulun 12-də Qoddard Kosmik Uçuş Mərkəzindən televiziya yayımı zamanı təqdim olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ