NASA planetlərin paradından görüntülər yaydı - FOTO

Yer kürəsi sakinləri iyunun 24-də gecə saatlarında nadir astronomik hadisənin şahidi olublar. Milyonlarla insan Merkuri, Venera, Mars, Yupiter və Saturnun eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzülməsini izləyiblər.

ABŞ kosmik agentliyi NASA planetlərin paradından görüntülər yayıb.

Qeyd edək ki, növbəti belə parad 2040-cı ilə təsadüf edəcək. 

“Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin tam paradı” adlanır.

Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ