Xərçənglə mübarizədə ən yaxşı vasitə açıqlandı

Türkiyəli alimlər xərçənglə mübarizədə ən çox effekt verən vasitələrdən birinin adını açıqlayıb.
 
Buta.media Sputnik-ə istinadən xəbər verir ki, xərçənglə mübarizədə ən effektli vasitələrdən biri sarıkök hesab edilir. Alimlərin sözlərinə görə, sarıkökün zəngin olduğu "curcumin" molekulu xərçəngə qalib gəlmək üçün effektiv üsullardan biridir. Alimlər apardıqları minlərlə tədqiqatın nəticəsi kimi bu fikri açıqladıqlarını deyiblər.
 
"Xərçəng xəstəsinə sarıkök verməklə bu xəstəliyi aradan qaldırmaq olur. Yəni sarıkökün müalicə mərhələsində, dərmanlarla birgə qəbulu çox faydalıdır. Əksər hallarda da belə xəstələrdə müsbət nəticə əldə edilib" - deyə türkiyəli mütəxəssislər bildiriblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ