Meymunçiçəyi ilk mərhələdə çox çətin aşkar edilir, lakin xəstəliyə yoluxandan bir neçə gün sonra əsas simptomlar özünü büruzə verir.
Buta.media xəbər verir ki, virusoloq Anatoli Altşteyn və infeksionist Yelena Malinnikova xəstəliyin əsas simptomlarını açıqlayıblar.
“Dəridə səpkilər yarandıqda, məlum olur ki, bu çiçək xəstəliyidir. İndi Afrikadan gələn insanlarda yüksək temperatur göstəricisi böyük narahatlıq doğurur. Tam dəqiq diaqnozu bədəndə səpkilər yaranandan sonra qoymaq olur”, - Altşteyn deyib.
Professor Malinnikova isə bildirib ki, meymunçiçəyi xəstəliyi qızdırma, şiddətli baş və əzələ ağrıları ilə xarakterizə olunur. Bundan əlavə limfa düyünlərinin şişməsi də xəstəliyin simptomlarından sayıla bilər.
O vurğulayıb ki, əgər insanda qoltuqaltı, qasıq və ya çənəaltı limfa düyünləri şişibsə, bədəndə səpkilər olmasa belə, dərhal həkimə müraciət olunmalıdır.