Tarixdə ilk: Süd Yolu qalaktikasında yerləşən qara dəliyin fotosu yayımlandı - FOTO

Avropa Cənub Rəsədxanası (ESO) Hadisə Üfüqü Teleskopu (EHT) ilə birlikdə Süd Yolu qalaktikasının mərkəzində superçəkili qara dəliyin ilk fotoşəklini yayımlayıb. Görüntü yeni kəşfə həsr olunmuş mətbuat konfransında təqdim olunub.

Bu yerdə qara dəliyin mövcud olması hələ XX əsrdə astronomlar tərəfindən kəşf edilib. Onlar ulduzların naməlum obyekt ətrafında qəribə hərəkətlərini izləyiblər, 2020-ci ildə isə bu kəşfə görə Nobel mükafatı təqdim olunub. Kosmik obyekti Hadisə Üfüqü Teleskopu (EHT) qlobal teleskop şəbəkəsi vasitəsi ilə çəkmək mümkün olub.

Ətrafında bütün qalaktikanın fırlandığı bu qara dəlik Günəşdən 27 min işıq ili məsafəsində yerləşir və Oxatan A* radio mənbəyi ilə bağlıdır. Bu kosmik sahənin müşahidəsi hələ 2017-ci ildə aparılırdı, lakin məlumatların işlənməsi təxminən beş il çəkib, belə ki, radio mənbəyinin ətrafında qazın parlaqlığı və strukturu sürətlə dəyişirdi.

2022-ci ilin aprelində alimlər öz çəkisini artırmaq üçün udma boşluğu nəticəsində atılan maddədən istifadə edən qara dəliklər aşkar ediblər. Bu araşdırma kiçik qara dəliklərdən orta ölçülü qara dəliklərin necə əmələ gəldiyini öyrənməyə imkan verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ