Yeni dünya: Marsın kolonizasiyası necə olacaq - VİDEO

Martın 16-da “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask korporasiyasının Marsın fəthi ilə bağlı planlarını dolayısı ilə təsdiqləyib. Sahibkar “Twitter”də insanların Qırmızı planetə ilk enişi ilə bağlı memi şərh edib. Mask qısaca “2029” yazıb. Bununla o, Marsa ekspedisiyanın mümkün başlama vaxtını qeyd edib.

“SpaceX”  rəhbəri ilk dəfə deyil ki, digər planetin kolonizasiyası lə bağlı proqnoz verir. Marsa insanların səyahət vaxtı mütəmadi olaraq irəli çəkilib. 2016-cı ildə o söz vermişdi ki, əgər hər şey plan üzrə getsə, korporasiya 2024-2025-ci illərdə Marsa ilk insanları göndərəcək. 2020-ci ildə İlon Mask bəyan edib ki, 2050-ci ildə Marsa milyonlarla insan göndərmək üçün on il ərzində minlərlə kosmik gəmi inşa etdirmək niyyətindədir. İlk belə kosmik uçuş 2026-cı ilə proqnozlaşdırılmışdı. Sonuncu dəfə “Time” jurnalına müshibəsində Mask bildirib ki, “beş il sonra biz Marsa enməsək təəccüblənərəm”. 

“SpaceX”  hansı çətinliklərlə qarşılaşıb

Marsa uğurlu uçuş kosmik sahədə inqilab sayılacaq, həmçinin nəzəriyyədə Yerdə insanların çoxalması problemini həll edəcək. Qırmızı planetin öyrənilməsi elm sahəsində yeni səhifələri açacaq, yeni elementlər, materiallar, faydalı qazıntılar tapılacaq, həmçinin insanın yaşayış sahəsi genişlənəcək. Hazırda Maskın şirkətinə bu işdə texniki problemlər və bürokratik çətinliklər əngəl olur.  

Marsa səyahət planları “Starship” kosmik gəmisi ilə bağlıdır. 2020-ci ilin dekabrın 9-da gəmi orbitadan geri qayıdarkən partlayıb. İnsidentə baxmayaraq, İlon Mask testi uğurlu adlandırıb. “Starship” kosmik gəmisi 2022-ci ildə ilk bütöv orbita uçuşunu həyata keçirməlidir. Sahibkar hazırda texniki işlərlə yanaşı, hökumətin icazəsin də gözləyir. “Maskın sonuncu problemi texniki yox, normativdir”, - kosmik siyasət üzrə ekspert Rend Simberq deyib.

Noyabr ayında Mask “Starship”in uçuşunu təmin edən metan və oksigenlə işləyən Raptor mühərriklərində olan problemləri qeyd edib. Sahibkarın sözlərinə görə, şirkət ciddi istehsal böhranı ilə üzləşib: “fəlakətə” görə biznesmen hətta öz məzuniyyətindən vaz keçib. “Biz gələn ildə “Starship” gəmisinin iki həftəyə bir uçuş tezliyinə nail olmasaq müflisləşmə riski ilə üzləşəcəyik”, - Mask işçilərinə deyib. “SpaceX” şirkətinin rəhbərinin fikrincə, korporasiya ildə 800-dən 1000-ə qədər mühərrik istehsal etməlidir. Raptor mühərriklərinin istehsalı ilə bağlı problem “Starship”in buraxılışını gecikdirə bilər – bu isə, öz növbəsində, tərəfdaşlarla müqavilələrə xitam verilməsi və dövlət və özəl sektordan gəlirlərin azalması deməkdir.

Niyə Mars məskunlaşmaq üçün ideal planet deyil

“SpaceX” şirktəində hesab edirlər ki, Mars məskunlaşmaq üçün yerə ən uyğun qonşudur. Planet bizdən 225,3 milyon kilometr məsafədə yerləşir, və Günəşdən həyat üçün lazım miqdarda istilik alır. Marsın atmosferi karbon qazı, azot, arqon və digər mikroelementlərlə ibarətdir, bu isə nəzəriyyədə planeti digər mədəniyyətlərlə doldurmağa imkan verir. “SpaceX” nümayəndələri bildirirlər ki, “Marsda bir az soyuqdur, lakin biz isinə bilərik”. Planetdə qravitasiya Yerlə müqayisədə 2,6 dəfə zəifdir və bu bizə ağır əşyaları rahatlıqla qaldırmağa imkan verir. Günəş gününün uzunluğu nöqteyi-nəzərdən bu planet bizə uyğundur – bir sutka burada 24 saat 37 dəqiqə çəkir.

Marsın məskunlaşdırılması ideyasının çatışmazlığı bütün iddialı layihələrdə olduğu kimi çox əhəmiyyətlidir. Mütəxəssislər hətta insanların tarixdə heç vaxt öz beşiyindən belə böyük məsafəyə uzaqlaşmadığını nəzərə almırlar. “SpaxeX”ın öz problemlərini də kənara qoysaq, alimlər Marsı ehtiyat yaşayış məkanı kimi çox təhlükəli sayırlar. “İnsanlar hətta kosmosdan daha az təhlükəli olan Antarktida və ya suyun altında yaşamağa belə cəhd etməyiblər, digər planetdə yaşamağa niyə can atırlar ki?” – kanadalı alim Corc Dvorski sual verir.

İlon Maskın fikrincə, Mars insanları o zaman qəbul edəcək ki, onların doğma planeti yaşayış üçün yararsız olsun. Sahibkar həmçinin çox təəssüf edir ki, insanlar 50 il ərzində Yerin peyki – Ayı öyrənməyiblər. “Başqa planetə məskunlaşma bizim burada yaratdığımız problemlərdən qaçmaq kimi görünür”, - fəlsəfə doktoru Con Trafaqan deyir. Kosmik Siyasət İnstitutunun təsisçisi Con Loqdson bəzi iqtisadi problemləri xatırladır: “Orada insanlar yaşamaq üçün nə ilə məşğul olacaqlar? Mars iqtisadiyyatının əsasını nə təşkil edəcək?”.

İlon Mask Marsa milyon ton yük daşıyaraq orada müstəmləkə yaratmaq istəyir

Əgər hətta 2029-cu ildə nəzərdə tutulan uçuş baş tutmasa belə, nəzəri olaraq, insanlar bu işə ən azı yeddi il daha yaxın olacaqlar. Korporasiya artıq uçuş planlarını hazırlayıb -  kosmik gəmilər Yerlə Mars arasında mütəmadi reyslər yerinə yetirəcəklər. 

“SpaceX” şirkətində hesab edirlər ki, insanları Marsa əsasən “Starship” gəmisi daşıyacaq – bir dəfəyə onlarla ton yük daşımağa bacaran iki pilləli superağır raket daşıyıcısı. İlon Maskın hesablamalarına görə, raketin yük qaldırmaq xüsusiyyəti uçuşun qiymətini on milyonlarla dollar ucuz edəcək ki, bu da müasir kosmik xidmətlər üçün çox aşağı olacaq. Startdan sonra Yer ətrafındakı orbitaya çıxan zaman kosmosda xüsusi missiya vasitəsi ilə raketin yanacağı doldurulacaq.

“SpaceX” mühəndisləri bir tərəfə uçuşun müddətini yarım il təşkil edəcəyini proqnozlaşdırırlar. Enişdən sonra “Starship” gəmisininin yanacağını Mars ehtiyatlarından doldurmaq olacaq. İlon Maskın hesablamalarına görə, Marsda yaşayış məskəni salmaq üçün planetə bir milyon ton material göndərmək lazımdır. Bu səbəbdən Qırmızı planetin fəth edilməsinin ilk mərhələsində kosmik gəmilər Yerlə Marsın arasında mütəmadi reyslər yerinə yetirməli olacaqlar. “Mən kosmosa uçub ulduzlar arasında olmaqdan daha möhtəşəm heç nə təsəvvür edə bilmirəm”, - İlon Mask deyir. 

Futuroloqlar hesab edirlər ki, əgər “SpaceX” kosmik gəmilərin istehsalındakı problemləri aradan qaldırmasa və digər mövcud problemləri həll etməsə, Marsa səyahət elmi fantastika kimi qalacaq. Hələlik isə insanları Yerdə qravitasiyadan daha böyük qüvvə saxlayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ