Keniya kəndində göydən təxminən yarım ton ağırlığında metal halqa düşüb

Dekabrın 30-da, Keniyanın paytaxtı Nayrobidən təxminən 120 kilometr cənub-şərqdə yerləşən Mukuku kəndində səmadan diametri təxminən 2,5 metr və çəkisi təxminən yarım ton olan metal halqa düşüb.

Bu barədə Keniyanın Kosmik Agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, Mukuku kəndi ərazisinə düşmüş fraqment reaktiv daşıyıcının ayırıcı halqasıdır.

“Belə obyektlər adətən Yer atmosferinə yenidən daxil olduqdan sonra yanırlar və ya okeanlar kimi boş ərazilərə düşürlər”, - agentlik bildirib. Metal parçanın kənd ərazisinə düşməsini nadir istisnadır.

Şahidlərdən biri deyib ki, o, inəyinə baxarkən səs eşidib. Sonra o, digər kəndlilərlə birlikdə qırmızı parıldayan və boz rəngə soyuyan iri dairəvi obyektin “yavaş-yavaş göydən düşdüyünü” görüb.

Hadisə zamanı yerli sakinlər xəsarət almayıb. Keniya Kosmik Agentliyi əmin edib ki, obyekt təhlükə yaratmır və araşdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ