Fizika üzrə Nobel mükafatının qaliblərinin adları açıqlanıb.
2024-cü il fizika üzrə Nobel mükafatını amerikalı alim Con Hopfild və britaniya-kanadalı alim Ceffri Hinton qazanıblar.
Onlar bu mükafata süni neyron şəbəkələrindən istifadə ilə maşın öyrənilməsini həyata keçirməyə imkan verən əsas kəşflər və ixtiralara görə layiq görülüblər.