Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub

Nobel Komitəsi fiziologiya və tibb üzrə mükafat laureatlarının adlarını açıqlayıb. 2024-cü ildə Nobel mükafatına amerikalı Viktor Ambrus və Qeri Ravkan layiq görülüblər.

Mükafat “mikroRNT-lərin kəşfi və onların gen ifadəsinin post-transkripsiya tənzimlənməsində rolunun öyrənilməsi”nə görə verilib.

MikroRNT-lər qısa ribonuklein turşusu molekullarının xüsusi sinfidir və digər molekullarla birlikdə bir çox genin fəaliyyətini təyin edir. Bir çox hallarda müəyyən bir genin bədənin müəyyən hüceyrələrində aktiv olub-olmayacağı mikroRNT-lərdən asılıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ