Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) bildirib ki, Rusiya Federasiyası və Azərbaycanda aparılan araşdırmalar "AstraZeneca", "Sputnik V" və "Sputnik Layt" vaksinlərinin kombinasiyasının təhlükəsizliyini göstərib.
Buta.media xəbər verir ki, “AstraZeneca” və “Sputnik V” – “Sputnik Layt” peyvəndlərinin birinci komponentinin kombinasiyası təhlükəsizliyini qiymətləndirən klinik tədqiqatların ikinci mərhələsinin aralıq nəticələri arasında ciddi mənfi hallar aşkarlamayıb.
“Könüllülərin monitorinqi ilk aşıdan sonra 57 gün davam edib və preparatların kombinasiyası üçün yüksək təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Tədqiqat zamanı peyvəndlə bağlı heç bir ciddi mənfi hal aşkar edilməyib”, - tədqiqatın müəllifləri vurğulayıblar.
Tədqiqat çərçivəsində könüllülərə 28 gün fasilələrlə müxtəlif ardıcıllıqla “AstraZeneca” və “Sputnik V” peyvəndlərinin “Ad26-S” komponenti əzələdaxili yeridilir.