Yer kürəsinə stadion ölçüsündə asteroid yaxınlaşır

Fevralın 8-də Yer kürəsinə stadion ölçüsündə asteroid yaxınlaşacaq.

Buta.media-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

150 metrlik 2007UY1 kosmik obyekt Yer kürəsindən beş milyon kilometr məsafədən keçəcək. Bu təxminən Yerdən Aya qədər olan məsəfədən 14 dəfə çoxdur. 

Qeyd olunur ki,  asteroidin Yerlə toqquşması təhlükəsi yoxdur.

Bundan əvvəl, fevralın 5-də NASA Yer kürəsinin yaxınlığında potensial təhlükəli 2001 CB21 asteroidinin keçəcəyi barədə xəbərdarlıq etmişdi. Aerokosmik agentliyin hesablamalarına görə, Eyfel qülləsindən 4 dəfə hündür səma cismləri planetin yaxınlığından martın 4-də Bakı vaxtı ilə saat 12:00-da keçəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ