Omikrona yoluxmağın 100 faizlik yolu açıqlandı

Omikron ştammının daşıyıcısı ilə tibbi maskasız yaxın təmasda olmaq koronavirusa yoluxmaq riskini 100 faiz artırır.

Buta.media-nın xəbərinə görə, belə bir qənaətə Yaponiyanın Fizika-Kimya Elmi-tədqiqat institutunun alimləri gəliblər.

Alimlər mümkün variantları “Fuqaku” superkompüterində modelləşdirərək nəticəyə gəliblər ki, xəstə insanla 15 dəqiqə ərzində tibbi maskasız təmasda olmaq yoluxmanı qaçılmaz edir. Əgər virus daşıyıcısı tibbi maskada olarsa və onunla bir metr məsafə saxlanılarsa yoluxma riski sıfır faizə düşəcək.

Bundan əvvəl Danimarka alimləri müəyyən ediblər ki, SARS-CoV-2 omikron ştammının digər variantı orijinal versiyadan daha yoluxucudur. Dekabrıın 20-dən yanvarın 18-ə qədər keçirilən tədqiqatlarda 18 min nəfər iştirak edib. Məlum olub ki, BA.2 virusuna yoluxan xəstənin bir həftə ərzində evdə ailənin digər üzvünə bu virusu ötürməyə 39 faiz şansı var. Omikronun adi ştammı BA.1 üçün bu risk 29 faiz təşkil edir. Alimlərin sözlərinə görə, omikronun yeni variantı “stels-omikron” böyük ehtimalla peyvənd olunmamış insanları yoluxduracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ