Süni intellekt yalanı aşkar etməyi öyrənib

Şimali Karolina Dövlət Universitetinin (ABŞ) mütəxəssisləri süni intellekt (AI) modelini doğru ilə yalanı ayırd etməyi öyrədiblər. Araşdırma “Journal of Business Economic Statistics” jurnalında dərc olunub.

Elmi işin həmmüəllifi Mehmet Canerin sözlərinə görə, maliyyə ilə bağlı şirkətlər tez-tez müxtəlif avtomatlaşdırılmış proqramlardan istifadə edirlər. Bununla, onlar müştəri üçün hansı ipoteka şərtlərini seçəcəyini və ya sığortanın dəyərini müəyyənləşdirirlər. Lakin xidmət alan insanlar pul qazanc əldə etmək üçün yalan danışa bilərlər.

Universitet mütəxəssisləri süni intellekt modelləri üçün proqnozlar verməyə və insan davranışında iqtisadi stimulları nəzərə almağa imkan verən yeni parametrləri yaradıblar. Müəyyən bir müştərinin hansı faydanı axtardığını bilməklə, onun yalan danışacağını təxmin etmək mümkün olacaq.

Testlərdə süni intellekt tədqiqat iştirakçıları arasında yalanları ifşa edə bilib. Bununla belə, Canerin fikrincə, süni intellekt, kiçik yalanları buraxa bilər - insan bəzi məlumatları gizlətdikdə və ya bəzədikdə. Gələcəkdə təşkilatın mütəxəssisləri süni intellektlə təlim keçmə üsulunun təkmilləşdirilməsinə diqqət yetirəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ