Android-ə süni intellekt əlavə edildi

Google Android-də süni intellekt (AI) ilə bağlı xüsusiyyətləri əlavə edəcək. Bu barədə korporasiyanın bloqunda məlumat verilib.

İlk olaraq Google, smartfonlarda Gemini AI modeli üçün dəstəyi əlavə edəcəkl. Onun köməyi ilə istifadəçi ünsiyyət qura, mətnlər yaza və redaktə edə, müxtəlif sorğulara cavab ala biləcək. 

Həmçinin, görmə qabiliyyəti zəif olan insanlar süni intellektdən İnternetdə mövcud olan müəyyən şəkilləri təsvir etməyi xahiş edə bilərlər. Əvvəlcə funksiya yalnız ingilis dilində olacaq. Bundan əlavə, şəkilləri səsə çevirmək seçimi Google Xəritə tətbiqində görünəcək.

Şirkət bildirib ki, istifadəçilər qələm və ya barmaqdan istifadə edərək Google Sənədlərdə tez əlyazma qeydləri buraxa biləcəklər. Bundan əlavə, əməliyyat sistemində istifadəçinin fəaliyyəti və rifahı haqqında bütün mənbələrdən - smart saatlar, tibbi proqramlar və digər mənbələrdən məlumatları birləşdirəcək yeni funksiya peyda olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ