2024-cü il tarixdə ən isti il ​​olacaq. Bəşəriyyəti nə gözləyir?

Cari il müüşahidə dövründə Yer kürəsində ən isti il ​​ola bilər. Alimlər bunu Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ilə bağlı olan El Nino fenomeni ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, planetdə temperaturun artması insan fəaliyyəti ilə daha da ağırlaşacaq.

El Nino 2023-cü ildə temperatura təsir edib

Alimlər bildiriblər ki, əgər 2023-cü ildə planetdə orta temperatur sənayedən əvvəlki dövrdəki eyni göstərici ilə müqayisədə təxminən 1,4 dərəcə Selsi yüksək idi. Bu il, ilkin hesablamalara görə, temperaturun 1,3-1,6 dərəcə artacağı gözlənilir.

ABŞ Okean və Atmosfer Tədqiqatları İdarəsinin baş alimi Maykl Makfaden izah edib ki, Sakit Okeanda suyun istiləşməsi və Yer kürəsinin səthinin temperaturunun artması arasında gecikmə var, buna görə də El Ninonun təsiri altında ikinci il birincidən daha isti olur.

“Təsəvvür edin ki, sobanın üstündə su ilə dolu qazan var. İçinə soyuq su töksəniz, temperaturun yalnız bir qədər dəyişməsini hiss edəcəksiniz. La Nina zamanı məhz bu baş verir, soyuq su okeanın dərinliklərindən səthə qalxır. Soyuq su tökməyi dayandırsanız, qazandakı su daha tez qızacaq, bu, El Niño adlanan bir fenomendir”, “[C]Worthy” qeyri-kommersiya təşkilatında okean modelləşdirməsi üzərində işləyən alim Ulla Hide izah edib. O əlavə edib ki, bu fenomen nə qədər uzun sürərsə, Sakit Okean və onun üzərindəki hava bir o qədər daha isti olur.

Alimlər quraqlıq, daşqınlar və mərcanların rənglərinin itirməsi barədə xəbərdarlıq ediblər

“Bloomberg”ə müsahibə verən alimlər deyiblər ki, 2023-cü ildə qeydə alınan anomaliyalar 2024-cü ildə temperaturun öyrənilməsinin vacibliyini göstərir. “Artıq bu il hansı hadisələrin istilərə təsir edəcəyi ilə bağlı bəzi təxminlər var”, - məlumatda deyilir.

Hide hesab edir ki, Sakit Okeanın ən isti hissəsi şərqə doğru dəyişdikcə, əvvəllər yağıntının çox olduğu yerlərdə quraqlıq olacaq və əksinə. BMT artıq bu il Şərqi Asiya, Cənubi Afrika və Mərkəzi Amerikada yaşanan quraqlıq səbəbindən ərzaq təhlükəsizliyindən narahatdır. Bundan əlavə, El Nino Amazona quru hava gətirir. Bu fenomen Braziliyanın cənub-şərqində və qonşu Uruqvayda daha çox yağışa səbəb ola bilər. Makfaden qeyd edib ki, ABŞ-ın cənubunda bu il həmişəkindən daha rütubətli və sərin hava müşahidə olunacaq.

Mütəxəssislər həmçinin hesab edirlər ki, El Nino səbəbiylə meşə yanğınlarının sayı arta bilər; Alyaska xüsusilə risk altındadır. Avropanı da gözlənilməz nəticələr gözləyir - güclü qasırğalar baş verə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, okeanların qlobal istiləşməsi mərcanların geniş şəkildə rəngsizləşə bilər. Böyük Britaniyanın Meteoroloji Bürosunun uzunmüddətli proqnozlar şöbəsinin rəhbəri Adam Skayf bunun yaxın aylarda baş verə biləcəyinə inanır. Qeyd olunur ki, 2016-cı ildə də analoji hadisə nəticəsində dünyanın ən böyük mərcan rifi olan Böyük Sədd rifinə ciddi ziyan dəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ