Dünyada COVID-19-a yoluxma kəskin artıb. Azərbaycanda vəziyyət necədir?

Dünyada COVID-19 virusuna yoluxma halları əvvəlki 28 günlə müqayisədə 52 faiz artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Bu müddət ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb. COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 23 faiz artıb - noyabrın 13-dən dekabrın 10-dək dünyada 118 mindən çox insan xəstəxanalarda olub.

ÜST vurğulayıb ki, hesabat dünyada xəstəliklərin faktiki sayını əks etdirmir, çünki yalnız 105 ölkə koronavirusa yoluxma halları ilə bağlı hesabat təqdim edir.

Qeyd edək ki, dekabrın 4-dən 10-dək Azərbaycanda koronavirus infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ