Şuşaya bu kodu yığmaqla zəng edə bilərsiniz

Azərbaycanın digər şəhər və rayonlarından “026 26” kodunu yığmaqla Şuşa şəhəri ilə əlaqə saxlanıla bilər. 

Bu barədə “Aztelekom” MMC-dən bildirilib.

Beynəlxalq danışıqlar zamanı isə “+994 26 26X XX XX” yığım formatı tətbiq olunur.

Qeyd edək ki, “Aztelekom” tərəfindən Şuşada ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb və şəbəkə quraşdırılıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ