ÜST növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib

Gələcəkdə daha bir pandemiya olacaq və ölkələr buna hazırlaşmalıdırlar.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesusun videomüraciətində deyilir.

“Növbəti pandemiyanə vaxt məsələsidir. Keçmişin səhvlərini təkrarlaya bilmərik. Məhz buna görə də ÜST-ə üzv dövlətlər pandemiyaya qlobal cavab tədbirləri üçün hüquqi bazanı gücləndirmək üçün yeni Pandemiya Sazişi və Beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər üzrə danışıqlar aparırlar”.

ÜST rəhbəri həmçinin Parlamentlərarası İttifaqın üzvlərini bu danışıqları 2024-cü il Ümumdünya Səhiyyə Assambleyasına qədər başa çatdırmaq üçün onları dəstəkləməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ