Hindistanın “Vikram” aparatı “Praqyan” lunoxodu ilə birlikdə Ayın səthinə uğurla eniş edib.
Proses canlı yayımlanıb və hadisəni 6,5 milyona yaxın izləyici izləyib.
Hindistan SSRİ, ABŞ və Çindən sonra Ayın səthinə aparat endirən dördüncü ölkə olub.
“Vikram” Aya avtomatik planetlərarası “Çandrayaan-3” stansiyası tərəfindən çatdırılıb. Demək olar ki, onunla eyni vaxtda Rusiyanın “Luna-25” stansiyası Yerin peykinə gəlib. Lakin sonuncunun Aya enmək cəhdi uğursuz alınıb.