“WhatsApp”da yenilik

 “WhatsApp Messenger”in proqram təminatçıları yeni funksiyanı sınaqdan keçirirlər.

 

Buta.media xəbər verir ki, bu barədə “Engadget” portalı məlumat yayıb. Bundan sonra “WhatsApp” şəkillərinin həqiqi olub-olmadığını yoxlamaq imkanı yaranacaq. İstifadəçilərdən biri 2.19.73 yenilənməsində “şəkil üzrə axtarış” imkanını aşkara çıxarıb.

 

Yeni funksiya sayəsində fotonu “Google”a yükləyərək montaj olub-olmadığını, eyni zamanda ona bənzər şəkilləri yoxlamaq mümkün olacaq. Bu funksiya hazırda aktiv deyil. Şirkət əlavə məlumat verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ