Yuxusuzluqdan əziyyət çəkənlərin dərdinə dərman içkilər

Yatmazdan əvvəl istehlak edilə biləcək ən mükəmməl içki süddür. Bu məhsul ilıq şəkildə qəbul edildikdə tərkibində stres səviyyəsini azaldan amin turşulu triptofan sayəsində rahatlaşdırıcı təsirə malikdir.

Bu barədə rusiyalı diyetoloq Kristina Plotnikova danışıb.

Bununla belə, o, bəzi insanlarda süd məhsullarının şişkinliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Diyetoloq, həmçinin bitki çaylarının da faydalı olduğunu bildirib. Həkimin sözlərinə görə bir çox otların tərkibində antioksidantlar və immunitet sistemini gücləndirən digər maddələr var.

“Melissa, nanə, lavanda və kəklikotu yuxunu yaxşılaşdırır, yuxusuzluğu aradan qaldırır. Çobanyastığı, damotu və valeryan sakitləşdirir, narahatlığı azaldır. Həmçinin çobanyastığı, razyana və ya zəncəfildən hazırlanan bitki çayı həzmi asanlaşdırır”, - deyə mütəxəssis bildirib.

Diyetoloq söhbətində keçibuynuzu meyvəsindən hazırlanan içkiyə də toxunub. Onun sözlərinə görə, kakao dadı verən bu meyvə bir çox faydalı xüsusiyyətlərə malikdir.

“Bu içki yuxunun keyfiyyətini yaxşılaşdırır, çünki tərkibində təbii barbiturat laykopodin var. Keçibuynuzu, həmçinin stresi azaldan, əhvali-ruhiyyəni yaxşılaşdıran maqnezium kalsiumu, immunitet sistemini gücləndirməyə, bədəni xəstəliklərdən qorumağa kömək edən vitamin və mineralları, eyni zamanda qanda qlükoza səviyyəsini tənzimləyən, həzmi yaxşılaşdıran həll olunan lifləri özündə ehtiva edir”, - deyə Plotnikova sözlərini yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ