Alimlər yuxusuzluğun “Alzheimer” xəstələyi ilə əlaqəli olduğunu sübut ediblər

Alimlər müəyyən ediblər ki, yuxu pozğunluğu “Alzheimer” xəstəliyi kimi neyrodegenerativ xəstəliklərə səbəb olur. Araşdırmanın nəticələri “Science Translational Medicine” jurnalında dərc olunub.

Təcrübə zamanı tədqiqatçılar vəhşi tipli siçanlardan və xroniki yuxu çatışmazlığına məruz qalmış 5xFAD siçan modelindən istifadə ediblər. 5xFAD siçanları beyin toxumasında amiloidlərin yığılması ilə xarakterizə olunur - “Alzheimer” xəstəliyinin əlaməti hesab edilən patogen zülalların yığılması.

Alimlər müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən siçanlarda normal yuxu dövrü olan siçanlarla müqayisədə daha çox patogen zülalların yığılması müşahidə olunur.

Yuxusuzluq uzun müddətli oyaqlığın enerji tələblərinin öhdəsindən gəlmək üçün metabolik qabiliyyəti dəyişir və beta-amiloidin daha da çökməsinə səbəb olur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ