Alimlər xərçəngə qarşı peyvənd hazırlayıblar

Nyu Yorkdakı Memorial Sloan Ketterinq Xərçəng Mərkəzinin və Sinay dağındakı İkana Tibb Məktəbinin beynəlxalq alimlər qrupu Almaniyanın BioNTech firmasının dəstəyi ilə mədəaltı vəzi xərçənginin aqressiv forması ilə mübarizə aparmaq üçün fərdiləşdirilmiş mRNT peyvəndi yaradıblar.

Klinik tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Sınaqlar zamanı mütəxəssislər xüsusi hazırlanmış mRNT vaksinlərindən istifadə edərək pankreas yenitörəmələrinə xas olan immun T-hüceyrələrinin aktivləşməsini nümayiş etdirə biliblər. Bu üsul immunoterapiya prinsipinə əsaslanır - şişlərin səthində patogen zülalların tanınması yolu ilə immunitet sistemini xərçəng hüceyrələrinə hücum etməyə vadar edir.

Peyvənd sınaq təcrübələri əvvəlcə cərrahi yolla çıxarılan şişlər üzərində aparılıb.

İştirakçılara həmçinin kimyaterapiya və universal immunoterapiya dərmanı olan atezolizumab təyin edilib. Xəstələrin yarısında əhəmiyyətli T-hüceyrə immun reaksiyası var idi və 18 aydan sonra onların heç birində xərçəngin sonrakı inkişafı əlamətləri görünmədi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ