Whatsapp-da yeni funksiya

“WhatsApp” tərtibatçıları bir neçə fərqli cihazdan eyni vaxtda bir messencer hesabına daxil olmaq imkanını ictimaiyyətə təqdim ediblər.

Rəsmi “WhatsApp” bloqunda bildirilir ki, indi bir əsas cihazda və dörd əlavə cihazda eyni zamanda bir “WhatsApp” hesabına daxil ola bilərsiniz. Bununla yanaşı, yazışma tarixçəsi bütün cihazlarda sinxronlaşdırılacaq və şifrələmə aktivləşdiriləcək. Əlavə qurğular əsas cihazlardan onunla fərqlənir ki, istifadəçi uzun müddət onlara daxil olmadıqda, onlarda seanslar avtomatik olaraq bitəcək.

Yeni funksiya həm messencerin iOS versiyasında, həm də Android versiyasında eyni vaxtda əlçatan olub. Onu istifadə etmək üçün App Store və ya Google Play-ə daxil olub “WhatsApp” yeniləməsini yükləməlisiniz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ