Yeməkdən sonra mədə ağrısının ölümcül təhlükəsi açıqlandı

Yeməkdən sonra yaranan bəzi simptomlar bağırsaq xərçənginin inkişafını göstərə bilər. Bunu britaniyalı cərrah Ceyms Kinross “Mirror” nəşrinə müsahibəsində deyib.

Kinrossa bildirib ki, bağırsaq xərçənginin ən diqqət çəkən əlamətlərindən biri mədə ağrısı və ya yeməkdən sonra şişkinlikdir. O qeyd edib ki, bu səbəbdən insan daha az yeməyə başlayır və nəzərəçarpacaq dərəcədə arıqlayır.

Həkim əlavə edib ki, bağırsaq xərçənginin inkişafı nəcisdə qan, bağırsaq hərəkətlərinin təbiətindəki dəyişiklik, həmçinin qarında ağrı və ya palpasiya olunan şişlik ilə göstərilə bilər. .

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ