“Türkiyə başlanğıcdır”: Azərbaycanlı alimdən zəlzələlə ilə bağlı proqnoz

Dünya seysmik aktivliyin növbəti zirvəsinin başlanğıcındadır və bu, Qafqaza da təsir edəcək. Bu barədə Geologiya-mineralogiya elmləri doktoru, professor Elçin Xəlilov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Xəlilovun sözlərinə görə, o, hələ 2016-cı ildə seysmik aktivliyin indiki partlayışlarını proqnozlaşdırıb və “Deprem texmini” adlı süjetlərdə dəfələrlə Türkiyə telekanallarında öz proqnozları ilə çıxış edib.

Alim növbəti seysmik aktivliyin 2026-cı ilə qədər davam edəcəyini iddia edir.

“Mənim ilk təfərrüatlı çıxışlarıma nə əlavə etmək olar? Biz seysmik aktivliyin növbəti zirvəsinin başlanğıcındayıq. Bu, bir neçə il davam edəcək və yalnız 2025-ci ildə azalacaq”, - Xəlilov bildirib.

Onun sözlərinə görə, məyusedici proqnozlar vermək yaxşı iş deyil.

“Seysmik aktivliyin pik həddi, əlbəttə ki, bir çox ölkələrə, o cümlədən Azərbaycana təsir edəcək. Ölkəmiz Qafqazın bir hissəsidir, bu da öz növbəsində Alp-Himalay seysmik qurşağının tərkib hissəsidir. Və bu, ən güclü seysmik zonalardan biridir. ”, - Xəlilov bildirib.

Alim həmçinin bildirib ki, 2010-cu ildə onun Atropatena seysmik stansiyaları yerin nüvəsindən çıxan güclü qravitasiya impulsunu qeydə alıb.

“Stansiyalar qravitasiya sahəsinin üçölçülü anomaliyaları qeydə almaq üçün qurulub. Bu, qravitasiya impulslarının dəyişməsinə səbəb olan yerin nüvəsində kütlələrin güclü yerdəyişməsindən xəbər verir. Məlumatları təhlil etdikdən sonra mən başa düşdüm ki, proses Yerin səthində əks olunmalıdır. Və doğurdan, 2017-ci ilin sonlarından müxtəlif yerlərdə seysmik və vulkanik aktivliyin artmasını görə bilərik”, - deyə Xəlilov bildirib.

Qeyd edək ki, Türkiyə də Alp-Himalay qurşağının bir hissəsidir. Xatırladaq ki, Xəlilov 11 il əvvəl 2022-2024-cü illərdə Türkiyə, İran, İtaliya və Yunanıstanda güclü silsilə zəlzələlər olacağını proqnozlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ