Yeni zəlzələ “after şok” deyildi - türk alimi izah edir

Fevralın 20-də axşam saatlarında Türkiyənin Hatay vilayətində baş verən 6,4 bal gücündə zəlzələ bu ayın 6-da qeydə alınan dağıdıcı yeraltı təkanların təsirindən sonra yaranan “after şok” deyil, qırılma xəttində müstəqil bir təkan idi. 

Bu barədə NTV telekanalında geoloq, İstanbul Universitetinin professoru Okan Tüysüz danışıb.

Alim qeyd edib ki, gələcəkdə analoji gücdə yeni zəlzələlər gözlənilir. 

“Bu, Kahramanmaraşda baş verən birinci zəlzələdən sonra “after şok” deyil, bölgədə çatın daha əvvəl açılması ilə təhrik edilən müstəqil zəlzələdir. Yəqin ki, gələcəkdə bu zəlzələnin davam edən qırılma xəttində də oxşar təkanları gözləmək lazımdır. Böyük təkanların təkrarlanma ehtimalı var”, - deyə Tüysüz bildirib.

Professor qeyd edib ki, qəzanın hər iki tərəfindəki əyalətlər, o cümlədən Bingöl, Adana, eləcə də Şərqi Aralıq dənizindəki bölgələr risk altındadır.

Bazar ertəsi, fevralın 20-də Türkiyənin Fövqəladə Hallar İdarəsi ölkənin cənub-şərqindəki Hatay vilayətində bir neçə dəqiqəlik fərqlə baş verən 6,4 və 5,8 bal gücündə iki zəlzələ barədə məlumat verib. Birinci təkan Dəfnə rayonunda, ikinci isə Samandağda baş verib. Əvvəllər zədələnmiş binalar da daxil olmaqla, bir neçıə tikili dağılıb. Rəsmilərin bildirdiyinə görə, indiki zərbələr nəticəsində azı 3 nəfər ölüb, 219 nəfər yaralanıb. Yeraltı təkanlar Misir, İsrail, Kipr, Livan, Suriyada da hiss olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ