İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dolioni bəyan edib ki, Türkiyənin cənubunda baş verən zəlzələ nəticəsində litosfer təbəqələrinin 3 metr yerdəyişməsinə səbəb olan geoloji sürüşmə baş verib.
“Ərəb plitəsi Anadolu plitəsinə nisbətən şimal-şərq-cənub-qərb istiqamətində təxminən 3 metr irəliləyib. Söhbət Ərəbistan lövhəsi ilə Anadolu plitəsi arasındakı sərhəd zonasında yerləşən bir quruluşdan gedir”, Dolioni “Corriere della Sera” qəzetinə deyib.
Alimin sözlərinə görə, “sanki Türkiyə cənub-qərbə doğru hərəkət edib”.
O həmçinin bildirib ki, sürüşmənin ümumi ölçüsü ən azı 150 km olub və “hər şey bir neçə on saniyə ərzində baş verib”.