Azərbaycanlı qadın Nobel Sülh mükafatına namizəd oldu

Cənubi Azərbaycanın Zəncan şəhərinin sakini, hazırda həbsdə olan İnsan Hüquqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

Onun namizədliyi Oslodakı Sülh Problemləri Tədqiqatı İnstitutunun (PRIO) direktoru Henrik Urdal tərəfindən elan edilmiş qısa siyahıya daxil edilib.

H.Urdal siyahıda ilk yerləri tutan namizədlərin adlarını açıqlayıb və N.Məhəmmədinin adı ilk sətirdə yer alıb.

Qeyd edək ki, N.Məhəmmədi 2022-ci ildə Parisdə “Sərhədsiz reportyorlar” təşkilatının “Cəsarət” kateqoriyası üzrə mükafatına layiq görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ