“Wi-Fi” şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır.
İzvestiya.ru-nun xəbərinə görə, Belçikanın Leven Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qərara gəliblər.
Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.
“Wi-Fi” vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.
2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan “Wireless Protected Access 2” (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. “WPA-2” texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün “Key Reinstallation Attacks” (KRACK) proqramından istifadə edirlər.
“Google” və “Apple” kimi nəhəng şirkətlər artıq belə boşluğu aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri hazırlayıblar.