Kök uşaq sağlam uşaq demək deyil - endokrinoloq

Bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur. Diabet olmayan ailələr qidalanma zamanı lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib. 

“Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, - deyə həkim əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ