“WhatsApp”da statuslarla bağlı maraqlı yenilik

“WhatsApp” messencerinin istifadəçiləri statuslarla bağlı yeni funksiyadan istifadə edə biləcəklər.

Bu barədə “WABetaInfo” portalının mütəxəssisləri məlumat yayıblar.

Resursun məlumatına görə, “WhatsApp” səsli mesajları statuslarda dərc etməyə imkan verəcək. İstifadəçilər 30 saniyəyə qədər səsli qeydləri status bölməsinə yerləşdirə, həmçinin müvafiq statusun göstəriləcək məxfilik parametrlərində kontaktları seçə biləcəklər.

Qeyd olunur ki, funksiya iOS və Android bazalı cihazlar üçün hazırlanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ