Dünya əhalisinin sayı 8 milyarda çatıb. Bu barədə məlumatı BMT-nin Mətbuat xidməti yayıb.
Məlumata görə, dünya əhalisinin 1 milyard artmasına 12 il tələb olunub.
Hesablamalara əsasən, dünya növbəti milyardlıq səddi 2037-ci ildə aşaraq 9 milyarda çatacaq.
Azərbaycanda isə sentyabrın 1-ə olan məlumata görə əhalinin sayı 10 milyon 198,6 min nəfər təşkil edib.