“WhatsApp”da yenilik

“WhatsApp” tərtibatçıları qrupu tərk etmədən kollektiv çatlardan gələn bildirişləri söndürməyə imkan verən yeni funksiyanın sınaqlarına başlayıb.

Buta.media-nın məlumatına görə, funksiyasının yaradılmasına əsas çoxsaylı şikayət və təkliflərin daxil olması olub.

Qeyd olunur ki, belə istifadəçilər çoxsaylı qrup çatlardan zara gəlsələr də, qrupu tərk edə bilmirlər, çünki belə olan halda bütün iştirakçılar onların qrupdan çıxdığını görür.

“Arxiv çatlarının iqnoru” funksiyası hesabına istifadəçi artıq qupu tərk etmədən yeni ismarıcların olduğu barədə “bezdirici” bildirişlərdən qurtulmuş olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ