Meta yaxın günlərdə kütləvi ixtisara başlamağa hazırlaşır. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bir neçə min işçi ixtisar olunacaq. Bu barədə noyabrın 9-da elan verilə bilər.
Planlaşdırılan ixtisarlar şirkətin tarixində ilk geniş miqyaslı işçilərin ixtisarı olacaq. Hazırda Meta-nın 87 000-dən çox əməkdaşı var.
Mütəxəssislər bildirirlər ki, faiz nisbətində azalma İlon Maskın əvvəllər işçilərin təxminən 50%-ni işdən çıxardığı Twitter-dəkindən az olacaq.