Alimlər koronavirusun ölümcül təhlükəsini aşkarladılar

Alimlər müəyyən ediblər ki, COVID-19-dan sağalmış hər kəs, hətta yüngül formada olsa da, gələcəkdə ürək problemləri və hətta ölüm riski ilə üzləşir. Ən böyük risk virusa yolxuduqdan sonra ilk 30 gündə baş verir. Bu barədə araşdırma “Heart” jurnalında dərc olunub.

London Kraliça Meri Universitetinin araşdırması zamanı 50 mindən çox insanın məlumatlarından istifadə edilib, onlardan 17,871-i koronavirusa yoluxub.

Məlumatlara görə, koronavirusla xəstəxanaya yerləşdirilənlər şəxslərdə venoz tromboemboliyanın (VTE) inkişaf riski heç vaxt koronavirusa yoluxmayanlara nisbətən 27 dəfə yüksəkdir. 

Araşdırma nəticəsində məlum olub ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilənlərin ürək çatışmazlığına tutulma ehtimalı 21 dəfə, insult keçirmə ehtimalı isə 17 dəfə çoxdur. Onlara atrial fibrilasiya, perikardit və infarkt diaqnozu qoyulma ehtimalı da yüksəkdir.

“Koronavirusa məruz qalmanın uzunmüddətli təsiri ictimai sağlamlıq üçün əsas problemə çevrilir. Nəticələrimiz keçmişdə koronavirusa yoluxmuş insanlarda ürək-damar xəstəliyi riskinin artdığını göstərir. Peyvəndlərə çıxışı məhdud olan və buna görə də əhalinin koronavirusa daha çox məruz qaldığı ölkələrdə bu göstərici daha yüksəkdir”, - deyə alimlər bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ