Azərbaycanda “WhatsApp” çökdü - Nazirlikdən açıqlama

Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır.

11:25

Azərbaycanda sosial şəbəkə istifadəçiləri “WhatsApp” mesencerinin işində problemlərin olduğu ilə bağlı məlumat yayıblar. Hazırda ölkə ərazisində sözügedən mesencerdən istifadə zamanı çətinliklər yaşanır.

Belə ki, proqramda ismarışları, o cümlədən səsli mesajları nə göndərmək, nə qəbul etmək mümkündür.

Qeyd edilir ki, eyni problem Rusiya və bir sıra digər ölkələrdə də yaşanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ