Rişi Sunak Britaniyanın yeni Baş naziri olacaq

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak olacaq.

Belə ki, liderlik yarışında onun rəqibi Peni Mordont lazımi 100 səsi toplaya bilməyib. Bununla da Mordont mübarizəni dayandırmalı olub.

Rişi Sunak Boris Consonun hakimiyyəti zamanı maliyyə naziri vəzifəsini icra edib.

Qeyd edək ki, R. Sunak hindistan əsillidir. Onun ailəsi 1960-cı illərdə Britaniyaya köçüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ