Qərbi Azərbaycanda vertolyot qəzası: Ölən var

İranda vertolyot qəzasında bir nəfər ölüb.

Buta.media Tasnim agentliyinə istinadən məlumat verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Əli Mustəfəvi bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 3 nəfər yaralanıb.

Yerli mətbuat yazır ki, Qərbi Azərbaycan vilayətində Urmiya rayonunun dağlıq ərazilərində hüquq-mühafizə orqanlarına məxsus helikopter qəzaya uğrayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ