Şimali və Cənubi Koreya arasında atışma

Şimali Koreya qoşunları ölkənin qərb sahilindən dənizə doğru 10 artilleriya atəşi açıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Atışma Cənubi Koreya hərbçilərinin iki ölkə arasındakı dəniz demarkasiya xəttini keçən Şimali Koreya gəmisinə bir neçə xəbərdarlıq atəşi açmasından bir saat sonra baş verib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildiriblər ki, ölkə ordusu faktiki olaraq Sarı dənizdə Şimal Sərhəd Xəttini (NLL) keçən KXDR ticarət gəmisini xəbərdarlıq atəşi ilə Şimali Koreya ərazisinə qaytarıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ