Şoyqu Ukraynanın “çirkli bombası”ndan şikayətləndi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə telefon danışığı aparıb, 

Qeyd olunur ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. 

Sergey Şoyqu “Britaniyalı həmkarına Ukraynanın “çirkli bomba”nın istifadəsi ilə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb” deyib.

Bu gün səhər saatlarında Şoyqu həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla telefonla danışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ