Ukrayna Prezident Aparatının müşaviri Aleksiy Arestoviç Ukraynanın Rusiya ilə müharibədə “Bayraktarlardan” istifadə etməsi ilə bağlı məlumatların mediadan yoxa çıxmasının səbəblərini açıqlayıb.
““Bayraktar”larla hər şey qaydasındadır. Andrey Yermak bir ay əvvəl Türkiyədəki zavodda olub. Biz onları kənarda qoymuruq. Mətbuatda artıq belə başlıqlar görmürsünüz: “Bayraktarlar” qalib gəldi, “Bayraktar” belə vurdu və sairə. Onlar işləyirlər, amma biz sadəcə olaraq onlarada diqqəti cəmləmirik”, - deyə o bildirib.
Aleksey Arestoviç Türkiyənin bu müharibədə mövqeyini və əsirlərin mübadiləsində vasitəçiliyini nəzərə alaraq bunun diplomatik məqsədlə edildiyini qeyd edib.